Azərbaycanda fəlsəfə və elmlər doktorlarına minimum əməkhaqqının 3-5 misli məbləğində əlavə maliyyə vəsaiti veriləcək

Azərbaycanda fəlsəfə doktorlarına minimum əməkhaqqının 3 misli, elmlər doktoruna isə 5 misli məbləğində əlavə maliyyə vəsaiti veriləcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva bildirib.

Onun sözlərinə görə, bu məsələ yaxın vaxtlarda müzakirəyə çıxarılacaq "Elm haqqında" qanunda öz əksini tapıb.

Layihədə elmin inkişafına xidmət edən bır cox maddələrin öz əksini tapdığını deyən G.Baxşəliyeva bildirib ki, "Elm günü"nün elan olunması, gənc alimlər üçün dövlət mükafatının təsis edilməsi, alimlərin sosial problemlərinin həlli bu kateqoriyadan olan insanların arzusu olub.

G.Baxşəliyevanın sözlərinə görə, AMEA-nın Heydər Əliyev tərəfindən təsdiqlənmişn nizamnaməsinə əsasən, akademiyaya ölkədə elmi idarə edən mərkəzi orqan olmaq səlahiyyəti verilib. "Elm haqqında" qanun layihəsində isə bu yoxdur. Ona görə də qanun layihəsinə də bu bənd əlavə edilməlidir:

"Qanun layihəsində isə qeyd edilib ki, AMEA ölkədə əsas elmi müəssisəsidir. Biz maraqlıyıq ki, AMEA öz statusunu, avtoritetini qoruyub saxlasın. Çünki hazırda bütün əlaqələndirmə şuraları, onların yaratdıqları problem şuraları Akademiya institutlarında cəmləşib".
Şərhlər
Sosial bölməsinin xəbərləri