Təhsil naziri: Azərbaycanda 10-15 ildən sonra daha çox hansı sahələrdə kadrlara ehtiyac olacağını bilməliyik

Təhsil naziri: Azərbaycanda 10-15 ildən sonra daha çox hansı sahələrdə kadrlara ehtiyac olacağını bilməliyik "Bu gün Azərbaycanda müxtəlif sahələrdə kadrlara ehtiyac var. Biz 5-10-15 ildən sonra Azərbaycanda daha çox hansı sahələrdə kadrlara ehtiyacın olacağını bilməliyik". Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən Qafqaz Universitetləri Birliyinin III konqresində çıxışı zamanı deyib.

O, həmin tələbata uyğun Azərbaycanda kadr hazırlanması işinin təşkilini vacib sayıb.

Nazir qeyd edib ki, Azərbaycan təhsil sahəsində islahatları beynəlxalq universitetlərlə əməkdaşlıq şəraitində davam etdmək niyyətindədir.

M.Cabbarovun sölzərinə görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində hazırda xarici ölkələrin nüfuzlu ali məktəblərində oxuyan tələbələrin sayı 1200-ə yaxındır. Bu proqramı ümummilli lider Heydər Əliyevin siyasətinin davamı sayan nazir bildirib ki, 1990-cı ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra ilk olaraq, H.Əliyev tərəfindən 100-ə yaxın tələbə Türkiyəyə təhsil almaq üçün göndərilib: "Bu yaxınlarda Naxçıvana getmişdim. Naxçıvanın 25 il blokada şəraitində olmasına baxmayaraq, Naxçıcan Universitetti beynəlxalq standartlara uyğun fəaliyyət göstərir. Orda dünyanın bir necə ölkəsindən 200-ə yaxın tələbə oxuyur. Universitetin 75-ə yaxın beynəlxalq müqaviləsi var. Universitet həm də 5 beynəlxalq layihədə iştirak edir".
Şərhlər
Sosial bölməsinin xəbərləri