Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub

Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub.

Bu barədə Live.Az AFFA-nın rəsmi saytına istinadən məlumat verir.

2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün AFFA tərəfindən Bakı şəhərinin namizədliyi irəli sürülüb və 2013-cü il mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub. Artıq AFFA tərəfindən sifariş kitabı hazırlanıb və təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim olunub.

Xatırladaq ki, Avro-2020-nin oyunlarına ev sahibliyi edəcək şəhərlər bu ilin sentyabrında müəyyənləşəcək.



Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub
Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub
Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub
Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub
Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub
Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub
Avro-2020-nin Bakıda keçirilməsi üçün sifariş kitabı UEFA-ya təqdim olunub
Şərhlər
İdman bölməsinin xəbərləri