Vahid Əliyev: “Azərbaycan Silahlı Qüvvələrinin yeganə məqsədi və arzusu Ali Baş Komandan İlham Əliyevə tezliklə qələbə raportu verməkdir”
- 19.04.2014, 20:22,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bütün Silahlı Qüvvələrin yeganə məqsədi və arzusu prezident, Ali Baş Komandan İlham Əliyevə tezliklə qələbə raportu verməkdir”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev C. Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdəki çıxışında deyib.
General qeyd edib ki, Azərbaycan Ordusu regionda ən qüdrətli ordudur və düşmənlər bundan ciddi narahat olmağa başlayıblar.
O bildirib ki, hər an Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmaq lazımdır: “Bu əmr hər an ola bilər. Biz torpaqlarımızı işğaldan azad edəcəyik”.