Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda səfərdədir

Azərbaycan Prezidenti İlham Əliyev Şamaxıda səfərdədir Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlmişdir. Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Azərbaycan Prezidentinə Ulu Öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev Parkında yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, parkda sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmış, geniş yaşıllıq zolaqları salınmış, uşaq-əyləncə guşələri qurulmuşdur.
Şərhlər
Siyasət bölməsinin xəbərləri