“WhatsApp”dan istifadə edənlərin nəzərinə

“Facebook” tərəfindən alınan ictimai mesajlaşma tətbiqi “WhatsApp”ın yeni xüsusiyyətləri müəyyən olub.

ANS-in məlumatına görə, ağıllı cihaz istifadəçiləri tərəfindən sevilərək istifadə edilən ictimai mesajlaşma və multimedia palaşım tətbiqi "WhatsApp keçdiyimiz həftələrdə ictimai şəbəkə nəhəngi “Facebook” tərəfindən 19 milyard dollara satın alınmışdı. Satış əməliyyatının rəsmiləşməsindən dərhal sonra gələn 2 yenilik və səsli axtarış xüsusiyyətiylə internet gündəmində yer alan “WhatsApp”a bir xüsusiyyət daha qazandırılıb.

Microsoft-un məşhur mobil əməliyyat sistemi Windows Phone 8-ə gətirilən yenilik söhbət interfeysini arxa plana ata biləcək. Eyni zamanda xəbərdarlıq səsləri dəyişdiriləcək və təhlükəsizlik səviyyəsi artırılacaq. Xüsusi bildirişlər üçün xəbərdarlıq siqnalı qurula biləcək və "son görülmə zamanı" adlı xüsusiyyət ilə yalnız istənilən adamın mesajları açılacaq.

Sistemin ayarlarındakı “Hər kəs”, “Dostlarım”, “Heç kim” menyusuna uyğun olaraq görülmə zamanından istifadə oluna biləcək.
Şərhlər
Texnologiya bölməsinin xəbərləri