Viktor Yanukoviç infarkt olub

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç xəstəxanaya yerləşdirilib. ANS PRESS-in məlumatına görə, Yanukoviç infarkt olub.

Belə bir iddia ilə "Moskovskiy Komsomolets" qəzeti çıxış edib. Qəzetin yazdığına görə, sabiq prezidentin səhhəti qəfildən pisləşdiyi üçün Moskva xəstəxanalarının birinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qəzet Yanukoviçin vəziyyəti ilə bağlı Rusiya səhiyyə nazirliyinə sorğu göndərdiyini, lakin sorğuya cavab ala bilmədiyini xəbər yayıb.

Qeyd edək ki, son dəfə Yanukoviç "VertolExpo" sərgi mərkəzində və Rostovda keçirdiyi mətbuat konfransında görünüb. Bundan sonra onun partiyasından və yaxınlarından kimsə Yanukoviçlə təmasda olmayıb.

Xatırladaq ki, son günlər 3 dəfə Yanukoviçin ölüm xəbəri yayılıb, lakin bu məlumatların heç biri təsdiqlənməyib.
Şərhlər
Dünya bölməsinin xəbərləri