Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusu olub

Kriştiano Ronaldo dünyanın ən yaxşı futbolçusu olub Bu gün FİFA 2013-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.


LiVe.Az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə dünyanın "ən güclüsü" bəlli olub.


Bu ada Portuqaliya millisinin və “Real”ın ulduz futbolçusu Kriştianu Ronaldo layiq görülüb.

 
Qeyd edək ki, 2013-cü ilin ən yaxşı futbolçusu adına fransalı Frank Riberi, portuqaliyalı Kriştianu Ronaldu və argentinalı Lionel Messi namizəd idi.
Şərhlər
İdman bölməsinin xəbərləri