AFFA-nın baş katibi FİFA-da vəzifə alıb

AFFA-nın baş katibi Elxan Məmmədov FİFA-da yeni vəzifə alıb. Live.Az AFFA-nın saytına istinadən xəbər verir ki, Məmmədov dünyanın ali futbol qurumunun FAİR PLAY və Sosial Məsuliyyət Komitəsinə üzv seçilib.

Qeyd edək ki, AFFA-nın baş katibi eyni zamanda UEFA-nın FAİR PLAY və Sosial Məsuliyyət Komitəsi sədrinin 2-ci müavinidir.

O, FIFA U-17 qadınlararası dünya çempionatının FİFA Təşkilat Komitəsinin də daimi üzvüdür.
Şərhlər
İdman bölməsinin xəbərləri