"Neftçi"nin məşqçilər korpusu rəsmən istefaya göndərildi

"Neftçi"nin məşqçilər korpusu rəsmən istefaya göndərildi "Neftçi"nin məşqçilər korpusu - Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyev bu gün istefa ərizələrini klub prezidenti Sadıq Sadıqova təqdim ediblər.


Trend-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəhbərlik tərəfindən hər üç məşqçinin istefa ərizələri qəbul edilib.


Qeyd edək ki, "Neftçi"nin prezidenti Sadıq Sadıqov "Xəzər Lənkəran"la superkubok oyunundan sonra (1:2) məşqçilər korpusunu istefaya göndərəcəyini açıqlamışdı.
Şərhlər
İdman bölməsinin xəbərləri