Paytaxtda sülh, Sumqayıtda darmadağın: Turnir cədvəlində ikihakimiyyətlilik davam edir

Bu gün Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

Trend-in məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutub. Sumqayıtın eyniadlı komandası doğma meydanda "Qarabağ"ı qəbul edib. Hesabı Ağdam təmsilçisi açıb - 5-ci dəqiqədə Muarem Muarem fərqlənib.

İkinci hissədə isə "Qarabağ" daha 2 dəfə fərqlənib: Reynaldo, 56, Almeyda, 59 (0:3)

Beləliklə, "Qarabağ" və "Neftçi" 10 oyundan 21 xalla ilə turnir cədvəlində liderliyi davam etdirir.

"Bakı" isə AZAL-ı sınağa çəkib. Bakılılar artıq 20-ci dəqiqədə 2:0 hesabı ilə önə keçiblər - Rauf Əliyev dubl edib. Təyyarəçilər 29-cu dəqiqədə Branislav Arsenyeviçin qolu ilə ümidləniblər.

70-ci dəqiqədə AZAL futbolçuları istəklərinə çatıblar - Yuri Fomenko fərqlənib (2:2). Matç elə bu hesabla da başa çatıb.

Oktyabrın 19-da keçirilən oyunların nəticələri:

"İnter" - "Qəbələ" - 0:1
"Simurq" - "Xəzər Lənkəran" - 1:2
"Neftçi" - "Rəvan" - 2:1
Şərhlər
İdman bölməsinin xəbərləri