Bundesliqada qalmaqal: Baş hakim auta çıxan topu qol olaraq hesaba alıb

Bundesliqada qalmaqal: Baş hakim auta çıxan topu qol olaraq hesaba alıb Almaniya Bundesliqasının 9-cu turunun açılış qarşılaşması qalmaqalla yadda qalıb.


Live.az-ın məlumatına görə, "Bayer" (Leverkuzen)- "Hoffenhaym" qarşılaşmasının baş hakimi Feliks Bryk auta gedən topu olaraq qol olaraq dəyərləndirib.


Matçın 70-ci dəqiqəsində Ştefan Kisslinqin başla vurduğu zərbədən sonra top auta çıxaraq qapı torunda olan dəlikdən içəri daxil olub. Oyunun baş hakimi əminliklə mərkəzi göstərərək qolu hesaba alıb.


Qarşılaşma 2:1 Leverkuzen təmsilçisinin xetyrinə başa çatıb. "Hoffenhaym" rəhbərliyi matçın nəticəsi ilə bağlı şikayət edəcəklərini açıqlayıb. Almaniya mətbuatı isə topun dəlikdən tora daxil olmasını baş hakimə söyləməyən Kisslinqi tənqid edib.



Şərhlər
İdman bölməsinin xəbərləri