Millimiz Bakıda Şimali İrlandiyaya 2:0 hesabı ilə qalib gəlib
- 12.10.2013, 01:08,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, F qrupunda mübarizə aparan Berti Foqtsun yetirmələri öz meydanında Şimali İrlandiyanı qəbul edib.
Seçmə mərhələdə 9-cu oyununa çıxan millimiz ilk qələbəsini qazanıb. Rüfət Dadaşov və Mahir Şükürovun qolları ilə doğma azarkeşlərini sevindirən yığmamız 4-cü ev oyununu 3 xalla başa vurub.
Bu qələbə sayəsində komandamız Azərbaycan futbolu tarixində görünməmiş nailiyyət əldə edib. Belə ki, seçmə mərhələdə 8 xal toplamağı bacaran komandamız bu səviyyəli yarışlarda çıxışının 19 illik tarixində ən yüksək nəticə göstərib. Foqtsun yetirmələri Avro-2012-nin seçmə mərhələsində toplanan 7 xallıq rekordu da arxada qoyub.
Qələbənin gətirdiyi bir rekord yığmamızı digər nailiyyətə də yaxınlaşdırıb. 4-cü pilləyə yüksələn komandamız bu mövqeyi qorumağı bacararsa, daha bir rekorda imza atacaq.
F qrupu
Azərbaycan – Şimali İrlandiya 2:0
Rüfət Dadaşov, 58; Mahir Şükürov, 90+3