Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib

Çempionlar Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilib UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun oyunlarına yekun vurulub.


Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, ikinci oyun günündə A, B, C və D qruplarında çıxış edən komandalar münasibətlərinə aydınlıq gətirib.


Azərbaycanlı futbolsevərlərin maraqla gözlədiyi qarşılaşma İtaliyada keçirilib. Turində “Yuventus”un qonağı olan İstanbulun “Qalatasaray” klubu qrupda ilk xalını qazanıb.


Madridin “Real” klubu isə “Santyaqo Bernabeu”da “Kopenhagen”i sınağa çəkib. La Liqadakı uğursuz nəticələrə görə tənqid olunan Karlo Ançelottinin komandası ÇL-də növbəti böyükhesablı qələbəsini qazanıb.


Günün digər matçlarında da azarkeşlər maraqlı oyunlara tamaşa edib. Ukrayna “Şaxtyor”u doğma arenada ingilis nəhəngi “Mançester Yunayted”lə heç-heçə edib, “Bavariya” isə səfərdə “Mançester Siti”ni məğlub edib.


A qrupu

"Şaxtyor" (Ukrayna) - "Mançester Yunayted" (İngiltərə) - 1:1
Tayson, 76 - Velbek, 18
"Bayer" (Almaniya) - "Real Sosyedad" (İspaniya) - 2:1
Qonzales, 45, Hegeler, 90 - Vela, 52

B qrupu
“Real” (İspaniya) - “Kopenhagen” (Danimarka) - 4:0
Ronaldo, 21, 65, Di Maria, 71, 90
“Yuventus” (İtaliya) - “Qalatasaray” (Türkiyə) - 2:2
Vidal, 78, Fabio, 87 - Droqba, 36, Umud Bulut, 88

C qrupu
“Anderlext” (Belçika) - “Olimpiakos” (Yunanıstan) - 0:3
Mitroqlu, 17, 56, 72
PSJ (Fransa) - “Benfika” (Portuqaliya) - 3:0
İbrahimoviç, 5, 30, Marquinyos, 25

D qrupu
MOİK (Rusiya) – "Viktoriya" (Çexiya) - 3:2
Tosiç, 19, Honda, 29, Reznik, 78 (avtoqol) - Raytoral, 4, Bakos, 90
Mançester Siti” (İngiltərə)– “Bavariya” (Almaniya) - 1:3
Neqredo, 80 - Riberi, 7, Müller, 56, Robben, 60
Şərhlər
İdman bölməsinin xəbərləri