Bakı Olimpiya stadionu Mişel Platiniyə təqdim edilib [Foto]
- 21.09.2013, 15:14,
- Idman / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
![Bakı Olimpiya stadionu Mişel Platiniyə təqdim edilib [Foto] Bakı Olimpiya stadionu Mişel Platiniyə təqdim edilib [Foto]](http://live.az/uploads/posts/2013-09/1379758404_platini_baku_stadion_cover.jpg)
“Bakının Avropa çempionatının oyunlarına ev sahibliyi etmək üçün şansları var”.
Bu sözləri UEFA-nın prezidenti Mişel Platini AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzinin ərazisində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimində çıxışı zamanı deyib.
Live.az-ın məlumatına görə, Platini Bakının şanslarını yüksək qiymətləndirib: “Azərbaycan tərəfi bizə sənədlərini göndərib. Biz bu fayllara baxmışıq və mən Bakının şanslarını müsbət qiymətləndirirəm. Bakının ev sahibliyi edib-etməyəcəyi UEFA-nın qərarı verildikdən sonra dəqiq bilinəcək. Mən bitərəfliyimi qoruyuram.”
Qeyd edək ki, Azərbaycan paytaxtına AFFA tərəfindən namizədliyi irəli sürülən 31 ölkədən şəhərlər rəqib olacaq. Belə ki, UEFA 13 yerə 32 namizədi təsdiqləyib. UEFA İcraiyyə Komitəsi şəhərlərin yekun siyahısını 2014-cü il sentyabrın 25-də təsdiqləyəcək.