Yılmaz Vural Azərbaycan millisini çalışdırmaq üçün AFFA ilə danışıqlara gəlir

Azərbaycan milli komandasının baş məşqçisi postunda Berti Foqtsu əvəzləyəcək mütəxəssisin kimliyi ilə bağlı maraqlı iddia ortaya atılıb.

Live.az-ın xəbərinə görə, bunu APA Türkiyə mətbuatına istinadən məlumatına görə, yığmamızı Yılmaz Vural çalışdıra bilər.

Xəbərdə türkiyəli çalışdırıcının danışıq aparmaq üçün sentyabrın 22-də Bakıya gələcəyi qeyd olunur. İndiyə qədər 23 fərqli klubda çalışan Vuralın AFFA-dan rəsmi təklif aldığı və buna müsbət cavab verəcəyi söylənilir.

Qeyd edək ki, Yılmaz Vuralın son iş yeri Türkiyənin “Elazığspor” klubu olub.
Şərhlər
İdman bölməsinin xəbərləri