2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 315 nəfərin xaricdə təhsil almasına qərar verilib
- 14.09.2013, 10:07,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş daha 84 namizəd barədə müsbət qərar qəbul olunub.
Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu günə qədər Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 315 namizəd barədə müsbət qərar qəbul edilib.