FİFA-nın millki komandalar üzrə reytinqi açıqlandı

FİFA milli komandaların reytinqlərini açıqlayıb. Siyahıda Azərbaycan milli komandası ötən ayla müqayisədə 8 pillə irəliləyərək 107-ci yeri tutub.

Reytinqlərin açıqlandığı siyahıda birinci pilləyə İspaniya millisi başçılıq edir. Argentina ikinci, Almaniya isə üçüncü yerdədir.

DÇ-2014-ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya dörd pillə geriləyərək 11-ci pillədə yer alıb. Rusiya 15-ci (+1), İsrail 69-cu (-6), Şimali İrlandiya 86-cı (+23), Lüksemburq isə 126-cı (+14) yeri tutur.

Siyahıda Türkiyə milli komandası isə doqquz pillə yüksələrək 49-cu sahib olub.





ANS
Şərhlər
İdman bölməsinin xəbərləri