Tarixi qol: Son beş ildə ilk dəfə [Video]

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oynanılan San-Marino-Polşa oyunu meydan sahibləri üçün əlamətdar olub.


ANS-in məlumatına görə, San Marino millisinin 5:1 hesabı ilə uduzduğu oyunda vurduğu qol son beş ildə ilk olub.


Sonuncu dəfə San Marino millisi 2008-ci il oktyabrın 11-də Slovakiya ilə oyunda qol vurub. Çırtdan ölkənin sonuncu qələbəsi isə 2004-cü ilə təsadüf edir.


Belə ki, San Marino millisi həmin il Lixtenşteyn üzərində 1:0 hesablı qələbəyə sevinib.



Şərhlər
İdman bölməsinin xəbərləri