Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil edilib

Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil edilib Güləş 2020-ci il yay Olimpiya oyunlarının proqramına daxil olacaq. Bu barədə qərar bazar günü Buenos-Ayresdə Beynəlxalq olimpiya komitəsinin (BOK) üzvlərinin 125-ci sessiyasında səsverməsi nəticəsində qəbul olunub.


Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.


Beynəlxalq olimpiya komitəsi 2013-ci ilin fevral ayında 2020-ci il yay Olimpiya oyunlarının proqramından güləşin çıxarılmasını tövsiyə edib. May ayında təşkilatın icraiyyə komitəsi iddiaçılar sırasında Olimpiya oyunları-2020 proqramında üç idman növünü güləşi, beysbol/softbol və skvoşu saxlayıb.


Beynəlxalq olimpiya komitəsinin sessiyasında səsvermə nəticəsində güləş - 49, beysbol/softbol - 24, skvoş - 22 nümayəndənin dəstəyini alıb.


Olimpiada-2020 Tokioda keçiriləcək. Güləş həmçinin yay Olimpiya oyunları-2024 proqramında da təmsil olunacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri