Yay Olimpiya Oyunları-2020-nin paytaxtı Tokio seçilib

Yay Olimpiya Oyunları-2020-nin paytaxtı Tokio seçilib 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının paytaxtı Tokio seçilib. Live.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq qərar Buenos-Ayresdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri arasında keçirilən səsvermə zamanı qəbul edilib.


“Bütün müraciətlər yüksək səviyyədə idi. Lakin qalib bir olmalıdır. BOK bəyan edir ki, Olimpiya Oyunları-2020-nin paytaxtı Tokio olacaq”, - deyə səsvermənin nəticələrini elan edən BOK prezidenti Jak Roqqe bildirib.


Qeyd edək ki, Yay Olimpiya Oyunlarının paytaxtı olmaq uğrunda Tokio, İstanbul və Madrid mübarizə aparıb.




__________


2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının paytaxtı Beynəlxalq Olimpiya Komitəsi (BOK) üzvləri arasında keçirilən səsvermənin ikinci mərhələsində müəyyən olunacaq.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Buenos-Ayresdə BOK-un 125 sessiyası zamanı keçirilən birinci mərhələdə İstanbul və Madrid eyni sayda səs yığıb. Əlavə səsvermədə İstanbul 49 səs alıb.


Üç namizəddən heç biri birinci mərhələdə səslərin yarısından çoxunu yığa bilmədiyinə görə, ikinci mərhələnin keçirilməsinə zərurət yaranıb. Bu mərhələdə BOK üzvləri Tokio ilə İstanbul arasında seçim etməli olacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri