Azərbaycan milli komandası "DÇ-2014"ün seçmə mərhələsində səfərdə hal qazanıb

Azərbaycan milli komandası "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyununa çıxıb.


Trend-in məlumatına görə, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız İsrail millisi ilə qarşılaşıb.


Bu, yığma komandamızın "DÇ-2014"ün seçmə mərhələsində son səfər oyunu olub.


Görüşün favoriti İsrail millisi olsa da, öz meydanımızda rəqiblə 1:1 hesablı heç-heçə etməyimiz komandamızın səfərdən də xalla dönəcəyinə ümid verirdi.


Belə ki, gərgin idman mübarizəsi şəraitində keçən matç 1:1 hesabı ilə başa çatıb.


Qeyd edək ki, komandamız cari seçmə mərhələdə qələbə qazana bilməyib.
Şərhlər
İdman bölməsinin xəbərləri