Zelenski: Rusiya Kiyevə kütləvi zərbələrə görə mütləq cavab alacaq

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 2-nə keçən gecə Kiyevə endirilən kütləvi zərbələrə görə Rusiyanın cavab alacağını bildirib.


Bu barədə o paytaxtın Darnitsa rayonunda zərbənin endirildiyi yerdə bildirib.


"Rusiya Kiyevə bugünkü zərbəyə görə cavab alacaq - mütləq", - Zelenski deyib.


O həmçinin bildirib ki, Ukrayna "ədalətli sülh və müharibənin ədalətli şəkildə başa çatması"nın tərəfdarıdır.


Qeyd edək ki, İyulun 2-nə keçən gecə Rusiya qoşunları Ukrayna ərazisinə növbəti genişmiqyaslı zərbələr endirib, onun əsas hədəfi Kiyev olub.



"Report", "RBK-Ukrayna"

Şərhlər
Dünya bölməsinin xəbərləri