Tamştatlı müəllimlər sertifikasiyaya cəlb edilməyəcək

Tamştatlı müəllimlər bir daha sertifikatlaşdırma prosesinə cəlb edilməyəcək.


Bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.


Onun sözlərinə görə, mərhələli şəkildə 20 min tamştatlı müəllim vəzifəsi yaradılacaq.


Nazir həmçinin bildirib ki, tamştatlı müəllimlərin əməkhaqqısı əhəmiyyətli dərəcədə yüksək olacaq:


"Mən elm və təhsil naziri kimi, müəllimlərin əməkhaqqısının mümkün qədər yüksək olmasının tərəfdarıyam. Lakin əməkhaqlarının artırılması dövlətin büdcə siyasəti çərçivəsində müəyyən edilir".

Şərhlər
Sosial bölməsinin xəbərləri