"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib

"Sabah"ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.


 Bakı klubu Uels təmsilçisi TNS-lə qarşılaşacaq.


Püşkatma mərasimi İsveçrənin UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilib.


Xatırladaq ki, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu "Sabah" ilk matçı evdə keçirəcək.

Şərhlər
İdman bölməsinin xəbərləri