"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiya klubu ilə üz-üzə gələcək

"Qarabağ"ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.


 Ağdam klubu "Vestri" (İslandiya) ilə üz-üzə gələcək.


Püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.


Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını səfərdə keçirəcək.

Şərhlər
İdman bölməsinin xəbərləri