İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının açılış mərasimində çıxış edib

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış mərasimi keçirilir.


LIVE.az  xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak edirlər.


Azərbaycan Prezidenti İlham Əliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Sessiyada iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar.


Qarşılanma mərasimindən sonra birgə foto çəkdirilib.


Sonra BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış, WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib və mədəni proqram təqdim olunub.


Dövlət başçısı tədbirdə çıxış edib.

Şərhlər
Siyasət bölməsinin xəbərləri