"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub

"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub.


Finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.


4-cü dəqiqədə Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan "Sabah" 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə isə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıb.


Qeyd edək ki, bu, "Sabah"ın tarixində qazandığı ikinci Azərbaycan Kuboku olub.

Şərhlər
İdman bölməsinin xəbərləri