Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilən Gürcü Pravoslav Kilsəsinin genişləndirilmiş şurasında yeni Katolikos-Patriarxın seçilməsi üzrə səsvermə prosesi başa çatıb.
Tədbir Tbilisidəki Müqəddəs Üçlük Kafedralında keçirilir və yerli vaxtla saat 13:00-da başlayıb.
Səsvermədə Müqəddəs Sinodun bütün 39 üzvü iştirak edib.
Səsvermə nəticəsində Mitropolit Şio (Elizbar Muciri) bütün Gürcüstanın yeni - 142-ci Katalikos-Patriarxı seçilib.
O, 22 səs toplayıb.
Yeni Patriarxın taxta çıxma tarixinin də bu gün açıqlanacağı gözlənilir. Qərarı seçilmiş Patriarx özü müəyyən edəcək.
Qeyd edək ki, Gürcüstan Katolikos-Patriarxının seçilməsi proseduru 1995-ci ildə Svetitsxoveli Kafedralında keçirilən Gürcüstan Kilsəsinin XIII Genişləndirilmiş Şurasında qəbul edilmiş əsasnamə ilə tənzimlənir.
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər (22 mart) davam edib.