UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin daha iki oyunu keçirilib

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutub.


 Parisdə yerli PSJ İngiltərənin "Liverpul" klubunu qəbul edib.


Digər matçda isə İspaniya təmsilçiləri "Barselona" və Madrid "Atletiko"su üz-üzə gəlib.


UEFA Çempionlar Liqası


1/4 final, ilk oyunlar


PSJ (Fransa) - "Liverpul" (İngiltərə) 2:0


"Barselona" (İspaniya) - "Atletiko" (İspaniya) 0:2


Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl "Bavariya" (Almaniya) Madriddə "Real"a 2:1, "Arsenal" (İngiltərə) isə Lissabonda "Sportinq"ə 1:0 hesabı ilə qalib gəlib.

Şərhlər
İdman bölməsinin xəbərləri