DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

Bu il keçiriləcək futbol üzrə dünya çempionatının bütün iştirakçıları bəlli olub.


Son iki vəsiqəyə Konqo Demokratik Respublikası və İraq seçməsi sahib çıxıblar.


Onlar pley-off mərhələsinin final oyununda müvafiq olaraq Yamayka və Boliviyanı məğlub ediblər.


Beləliklə, mundialın bütün 48 iştirakçısı dəqiqləşib.


A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya


B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina


C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti


D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə


E qrupu: Almaniya, Ekvador, Fil Dişi Sahili, Kurasao


F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç


G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya


H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde


I qrupu: Fransa, Seneqal, Norveç, İraq


J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya


K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo Demokratik Respublikası


L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana


Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.

Şərhlər
İdman bölməsinin xəbərləri