Hakan Fidan: Regionda gərginlik enerji təchizatı təhlükəsizliyi baxımından risk yarada bilər

İrandan təbii qaz axınının dayandırılması və ya Körfəz ölkələrindən enerji idxalında ciddi bir gecikmələrin yaşanması qlobal miqyasda enerji təchizatı təhlükəsizliyi baxımından mühüm risk yarada bilər.


Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.


Nazir vurğulayıb ki, mövcud şəraitdə ən mənfi ssenari qarşıdurmanın getdikcə kəskinləşərək davam etməsidir:


"Bununla bərabər, İranla birlikdə bütün bölgəni öz əlinə alan qeyri-sabitlik mühitinin yaranmasıdır".


Bundan başqa H.Fidan qeyd edib ki, İranın bölgədəki ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarını birbaşa hədəfə alması atılan addımların daha böyük regional təhlükəsizlik böhranına çevrilmə ehtimalını artırır.


"Report", TRT Haber 

Şərhlər
Dünya bölməsinin xəbərləri