UEFA Konfrans Liqası: 1/8 final mərhələsinin püşkü atılıb

UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılıb, Türkiyə təmsilçisi "Samsunspor"un da rəqibi müəyyənləşib.


Tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.


Püşkatma nəticəsində 1/8 finalda üz-üz gələcək komandalar bəlli olub:


"Lex" (Polşa) - "Şaxtyor" (Ukrayna)


"Kristal Pelas" (İngiltərə) - AEK (Larnaka, Kipr)


"Samsunspor" (Türkiyə) - "Rayo Valyekano" (İspaniya)


"Siqma" (Çexiya) - "Maynts 05" (Almaniya)


AZ (Alkmar, Niderland) - "Sparta" (Çexiya)


"Fiorentina" (İtaliya) - "Rakuv" (Polşa)


"Sele" (Sloveniya) - AEK (Yunanıstan)


"Riyeka" (Xorvatiya) - "Strasburq" (Fransa)


Qeyd edək ki, bu raundun matçları nartın 12-si və 19-da keçiriləcək.

Şərhlər
İdman bölməsinin xəbərləri