UEFA Çempionlar Liqası: 1/8 finalın püşkü atılıb

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.


LIVE.az-ın məlumatına görə, tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutub.


Püşkatma nəticəsində 1/8 finalda üz-üz gələcək komandalar müəyyənləşib:


PSJ (Fransa) - "Çelsi" (İngiltərə)


"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)


"Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)


"Budyo Qlimt" (Norveç) - "Sportinq" (Portuqaliya)


"Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)


"Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)


"Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə)


"Bayer 04" (Almaniya) - "Arsenal" (İngiltərə)


Qeyd edək ki, 1/8 final mərhələsinin oyunları martın 10-11-i və 17-18-də keçiriləcək.

Şərhlər
İdman bölməsinin xəbərləri