Almaniya Kansleri Fridrix Merts bildirib ki, ölkəsi müdafiə potensialının gücləndirilməsi üzrə səylərə baxmayaraq, artıq Avropada hegemonluğa can atmır.
F.Merts bunu Münhen Təhlükəsizlik Konfransında bəyan edib.
"Mən tez-tez demişəm ki, biz ən qısa zamanda Bundesveri Avropanın ən güclü ordusuna çevirəcəyik", - o deyib.
Eyni zamanda Merts qeyd edib ki, Almaniya üçün Avropada böyük dövlət siyasəti variant deyil. "Tərəfdaşlıq liderliyi - bəli, hegemonluq xəyalları - xeyr. Biz almanlar bir daha heç vaxt tək hərəkət etməyəcəyik. Bu, tarxin dəyişməz dərsidir", - o vurğulayıb.