Qızıl 5 %-dən çox bahalaşıb

"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) aprel ayında təhvil veriləcək qızıl fyuçersinin qiyməti 5 %-dən çox artıb.


Bunu ticarət məlumatları təsdiq edir.


Məlumata görə, səhər saatlarında qızılın qiyməti bir troya unsiyası üçün 4 856,1 ABŞ dolları təşkil edib. Daha sonra qiymətlərin artımı sürətlənərək 5,53 % təşkil edib və bir troya unsiyası üçün 4 910 ABŞ dollarına çatıb.


Gümüş isə 10,6 % artaraq bir troya unsiyası üçün 85,17 ABŞ dollarına çatıb.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri