Çempionlar Liqası: "Qarabağ" "Ayntraxt"a son dəqiqə qolu ilə qalib gəlib



"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.




Live.az-ın məlumatına görə, Bakıda keçirilən oyunda Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.




Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəllifi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Çaibi (78-p.) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.




Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-a çatdırıblar.




Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, yanvarın 29-da səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq.




Şərhlər
İdman bölməsinin xəbərləri