ABŞ-ın Baş prokuroru: Nikolas Maduroya narkoterrorizm ittihamı irəli sürülüb

Venesuela Prezidenti Nikolas Maduroya qarşı narkoterrorizm, kokain idxalı və silah saxlanması ittihamları irəli sürülüb.


Bu barədə ABŞ-ın Baş prokuroru Pamela Bondi "X" sosial şəbəkəsində yazıb.


Baş prokurorun sözlərinə görə, Nikolas Maduro və onun arvadı Siliya Flores Nyu-York ştatının Cənub bölgəsində ittiham olunublar.


“Yaxın vaxtlarda onlar ABŞ hüquq-mühafizə orqanlarının tam sərtliyi ilə, ABŞ ərazisində və ABŞ məhkəmələrində üzləşəcəklər”, - o vurğulayıb.



APA

Şərhlər
Dünya bölməsinin xəbərləri