İsveçrədə barda partlayış nəticəsində 40 nəfər ölüb, 115 nəfər yaralanıb

İsveçrə hökuməti Krans-Montanada baş verən yanğından sonra beş günlük matəm elan edib.


 Hadisə nəticəsində 40 nəfər həlak olub, 115 nəfər yaralanıb.


İsveçrə prezidenti Gi Parmelen bildirib ki, matəm dövründə Berndəki bayraqlar yarıya endiriləcək.


Qeyd edək ki, İsveçrənin Kran-Montana şəhərində yerləşən dağ-xizək kurortunda bir barda baş verən partlayış yanğınla nəticələnib. Hadisə zamanı onlarla insan ağır yanıq xəsarəti alıb.


///



Alp dağlarında yerləşən dəbdəbəli xizək kurortu şəhərciyi Krans-Montanada bir barda baş verən partlayış nəticəsində çox sayda insan həyatını itirib.


Bu barədə İsveçrə polisi açıqlama yayıb.


Məlumata görə, İsveçrənin məşhur Krans-Montana xizək mərkəzində Yeni il qeyd edənlər böyük faciə yaşayıb.


2026-cı il yanvarın 1-də gecə yarısından sonra, təxminən saat 01:30 radələrində “Le Constellation” adlı iki mərtəbəli barda hələlik müəyyən edilməyən səbəbdən güclü partlayış baş verib. Partlayışdan sonra binada genişmiqyaslı yanğın yaranıb.


Valais kanton polisinin sözçüsü Gaëtan Lathion hadisə zamanı insan tələfatının olduğunu təsdiqləyib.


Şahidlərin və hadisə yerində olan tibb işçilərinin bildirdiyinə görə, onlarla ağır yaralı və ölən var.





APA, Reuters 

Şərhlər
Dünya bölməsinin xəbərləri