Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Dmitri Lixoviy bildirib ki, Ukraynanın Xerson vilayətinin Rusiya tərəfindən işğal edilmiş Xorla kəndində kafe və otelə edilən hücumda Ukrayna hərbçiləri iştirak etməyib. Moskvanın iddiasına görə, hücum nəticəsində 27 nəfər həlak olub.
Bunu live.az TRT-yə istinadən xəbər verir.
O, "İnterfaks-Ukrayna" agentliyinə bildirib ki, "Ukrayna Müdafiə Qüvvələri beynəlxalq humanitar hüquq normalarına riayət edir və yalnız düşmənin hərbi hədəflərinə, Rusiyanın yanacaq-enerji obyektlərinə və digər qanuni hədəflərə zərbələr endirir, məqsədi isə təcavüzkar ölkənin hərbi potensialını azaltmaqdır".
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı həmçinin vurğulayıb ki, Rusiya mediası və Rusiyanın hərbi-siyasi rəhbərliyi "Ukraynanın beynəlxalq tərəfdaşlarına və sülh danışıqlarının gedişatına təsir göstərmək üçün dəfələrlə dezinformasiyaya və yalan bəyanatlara əl atıblar".
Moskva tərəfindən təyin olunmuş Xerson vilayət administrasiyasının rəhbəri Vladimir Saldo dünən Ukrayna Silahlı Qüvvələrinin Yeni il gecəsi Xorlidəki bir kafeyə dronlarla zərbə endirdiyini açıqladı.
Saldo 24 nəfərin öldüyünü iddia etdi, hadisəni ABŞ-ın inanmadığı Rusiya prezidenti Vladimir Putinin "iqamətgahına uğursuz hücum"la əlaqələndirdi və "Avropa kəşfiyyat xidmətlərinin" mümkün iştirakından danışdı.
Rusiya İstintaq Komitəsi 2 yanvar səhəri ölənlərin sayının 27-yə çatdığını, o cümlədən iki azyaşlının olduğunu bildirib. Agentlik əlavə edib ki, beş uşaq da daxil olmaqla 31 nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
///
Ukrayna ordusunun Xersona dron hücumu nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, xəsarət alanların sayı 31 nəfərdir.
Qeyd edək ki, Rusiya Ukraynanın Qara Dənizin sahilində yerləşən Xorli kəndində otel və kafeyə dronlarla hücum etdiyini bildirir.
///
Rusiya Federasiyası İstintaq Komitəsinin müstəntiqləri Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatlarının hücumu nəticəsində 20-dən çox mülki şəxsin həlak olması faktı ilə bağlı terror aktı maddəsi üzrə cinayət işi qaldırıblar.
Bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
Onun sözlərinə görə, Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 205-ci maddəsi (terror aktı) üzrə cinayət işi başlanılıb.
Petrenko bildirib ki, yanvarın 1-nə keçən gecə Xerson vilayətinin Kalançak bələdiyyə dairəsinin Xorlı kəndində yerləşən kafenin binasına döyüş sursatları ilə təchiz edilmiş Ukrayna pilotsuz uçuş aparatları tərəfindən kütləvi hücum həyata keçirilib. Hücum nəticəsində 20-dən çox insan həlak olub, çoxlu sayda şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
Diğər məlumatlara görə, 24 nəfər ölüb, ölənlərdən biri uşaqdır. 50-dən çox insan yaralanması qeyd edilir.
APA