KİV: Sidneydəki çimərlikdə atışma zamanı on nəfər ölüb

Sidneydə Bondi çimərliyində Hanuka bayramı münasibətilə keçirilən tədbirdə iki silahlı şəxs atəş açıb, nəticədə 10 nəfər həlak olub.


Bu barədə "NewsWire" yerli polisə istinadən məlumat yayıb.


"Silahlılardan biri öldürülüb, digəri isə tibbi yardım alır. Onlar Bondi çimərliyində məqsədli şəkildə atəş açaraq 10 nəfəri öldürüblər", - deyə bildirilib.


Həlak olanlar arasında uşaqlar və bir polis zabiti də var.


Polisin fikrincə, cinayətkarlar bu hadisəni bir neçə ay ərzində planlaşdırıblar.



Report

Şərhlər
Dünya bölməsinin xəbərləri