Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 35 milyard 625,6 milyon manat, xərcləri isə 31 milyard 414,7 milyon manat təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,6 % və 1,2 % çoxdur.
Büdcə gəlirləri proqnozdan 0,9 % çox icra edilib.
Son nəticədə 11 ayda büdcədə 4 milyard 210,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 39,5 % çoxdur.
Report