Vaşinqtonda 2026-cı il futbol üzrə Dünya Çempionatının (DÇ-2026) qrup mərhələsinin püşkatma mərasimi keçirilib





2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin püşkatma mərasimi baş tutub.


Mundialda iştirak edəcək 48 komandanın bölündüyü qruplar aşağıdakılardır:


A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, UEFA D yolunun qalibi (Danimarka-Şimali Makedoniya/Çexiya-İrlandiya).


B qrupu: Kanada, İsveçrə, Qətər, UEFA A yolunun qalibi (İtaliya-Şimali İrlandiya/Uels-Bosniya və Herseqovina).


C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti.


D qrupu: ABŞ, Avstraliya, Paraqvay, UEFA C yolunun qalibi (Türkiyə-Rumıniya/Slovakiya-Kosovo).


E qrupu: Almaniya, Ekvador, Fil Dişi Sahili, Kürasao.


F qrupu: Niderland, Yaponiya, Tunis, B yolunun qalibi (Ukrayna-İsveç/Polşa-Albaniya).


G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya.


H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo-Verde.


I qrupu: Fransa, Seneqal, Norveç, FİFA qitələrarası pley-off 2-ci (Boliviya-Surinam/İraq).


J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya.


K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, FİFA qitələrarası pley-off 1-ci (Yeni Kaledoniya-Yamayka/Konqo Demokratik Respublikası).


L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana.

Şərhlər
İdman bölməsinin xəbərləri