Şahbaz Şərif: Bu gün burada möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm

Bu gün ürəyim fəxarət hissi ilə dolur. Çünki mən burada böyük həvəslə və vətənpərvərlik eşqi ilə möhtəşəm hadisəni qeyd edən güclü Azərbaycan xalqını görürəm.


Bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı zamanı söyləyib.


O, 44 günlük müharibədə əldə edilmiş qələbənin 5-ci ildönümünün fəxrlə qeyd olunduğunu vurğulayıb:


"Azərbaycan və türk qardaşlarının arxasında marşla gedən müzəffər silahlı qüvvələrimizi görmək, möhkəm dostluğumuzun rəmzi olan JF-17 qırıcı təyyarələrin gurultulu səsinə qərq olan səmanı seyr etmək qürurlu görüntüdür".

Şərhlər
Siyasət bölməsinin xəbərləri