Qızılın qiyməti tarixi maksimumu yeniləyib

Nyu York Ticarət Birjasının bölməsi olan "Comex"də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçersləri bir troya unsiyası üçün 3 980 ABŞ dollarına qədər bahalaşaraq tarixi maksimumu yeniləyib.


Bunu ticarət məlumatları təsdiqləyir.


Eyni zamanda, 2025-ci ilin dekabr ayı üçün gümüş fyuçersləri bir unsiya üçün 48,58 dollara (0,32 % artaraq) satılıb.


Xatırladaq ki, bazar ertəsinə keçən gecə qızıl ilk dəfə 1 troya unsiyası üçün 3 950 ABŞ dollarını ötərək tarixi ən yüksək həddinə çatmışdı.



Report

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri