Azərbaycanın çövkən yığması III MDB Oyunlarında 2-ci qələbəsini qazanıb

Azərbaycanın çövkən yığması III MDB Oyunlarında 2-ci qələbəsini qazanıb.


 A qrupunda yer alan milli komanda Küveytlə üz-üzə gəlib.


Şəki şəhər stadionunda baş tutan görüş Azərbaycan komandasının qələbəsi ilə başa çatıb - 5:0.


Yığma qrupdakı ilk oyunda Qırğızıstan üzərində 4:0 hesabı ilə qələbə qazanmışdı.


Qeyd edək ki, çövkən yarışına oktyabrın 7-də yekun vurulacaq.

Şərhlər
İdman bölməsinin xəbərləri