Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini sabah təqdim edəcək

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 19-cu sanksiyalar paketi təsdiq olunmaq üçün sentyabrın 19-da Aİ Şurasına təqdim edilə bilər.


Bu barədə xarici media mənbələrə istinadən bildirib.


"Bildiyim qədəri ilə, komissiya 19-cu paketi sabah Aİ Şurasına təqdim edəcək", - mənbələrdən biri bildirib.


Digər mənbə əlavə edib ki, sanksiya paketinin ictimaiyyətə təqdim olunacağı və ya Avropa Komissiyasının təklifinin əvvəlcə Aİ-yə üzv dövlətlər tərəfindən müzakirə ediləcəyi hələ məlum deyil.



Report

Şərhlər
Dünya bölməsinin xəbərləri