İsrailin Dohada HƏMAS-a hücumu nəticəsində 6 yüksək rütbəli ölüb

İsrailin Qətərin paytaxtı Dohada HƏMAS nümayəndə heyətinə hücumu nəticəsində hərəkatın 6 yüksək rütbəli rəsmisi ölüb. 


"Bu barədə İsrail təhlükəsizlik xidmətindəki mənbə məlumat verib.


Digər təfərrüatlar açıqlanmayıb.


HƏMAS daha əvvəl İsrailin Qətərdə hərəkat üzvlərinə endirdiyi zərbə nəticəsində heç kimin xəsarət almadığını bildirmişdi.


///


Bu gün Dohada baş verən partlayışlar nəticəsində HƏMAS rəhbərləri arasında həlak olan yoxdur.


Bu barədə "Əl-Cəzirə" HƏMAS-ın bəyanatına istinadən bildirib.


"Qəzzada atəşkəslə bağlı ABŞ-nin irəli sürdüyü təklifin müzakirə olunduğu görüşün bütün iştirakçıları sağ qalıblar", - məlumatda vurğulanır.


///


Qətər Xarici İşlər Nazirliyi Dohaya İsrailin endirdiyi zərbələri pisləyib, baş verənlərlə bağlı araşdırma aparmağı planlaşdırır.


Bu barədə Yaxın Şərq KİV-ləri Qətər Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.


"Qətər dövləti, bu hücumu qətiyyətlə pisləyərək, İsrailin bu davranışına və regional təhlükəsizliyə müdaxilə etmək cəhdlərinə dözməyəcəyini təsdiqləyir. Ən yüksək səviyyədə araşdırma başladılıb və təfərrüatlar məlum olduqca elan ediləcək", - Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Maced Al Ansari bildirib.


O, İsrailin hərəkətlərini bütün beynəlxalq qanun və normaların pozulması, həmçinin Qətər vətəndaşları və sakinlərinin təhlükəsizliyinə ciddi təhdid adlandırıb.


Bildirilir ki, İsrail zərbəsinin hədəfi yaşayış rayonunda yerləşirdi.


"Al Arabiya"nın məlumatına görə, İsrailin Dohada həyata keçirdiyi zərbə nəticəsində HƏMAS-ın Qəzza zolağındakı lideri əl-Hayya da daxil olmaqla bir neçə nəfər həlak olub.


Öz növbəsində, "Al Jazeera" mənbələrə istinadən bildirir ki, zərbə HƏMAS rəhbərliyinin ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs təklifini müzakirə etdiyi zaman endirilib.


"The Times of Israel" mənbəyə istinadən bildirir ki, ABŞ Prezidenti İsrailə HƏMAS-ın siyasi rəhbərliyinə Dohada zərbə endirməyə icazə verib.


"İsrail rəsmisinin sözlərinə görə, Donald Tramp İsrailin Qətərə zərbəsinə yaşıl işıq yandırıb", - məlumatda deyilir.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri