İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir İsrail hökumətinin Qəzzanı ilhaq planını təsdiqləyib.
Bu barədə "Le Fiqaro" xəbər verir.
“Baş qərargah rəisi, general-leytenant Eyal Zamir bu gün müzakirələr apararaq ordunun Qəzza zolağında əməliyyat planının əsas çərçivəsini təsdiqləyib ”, - məlumatda bildirilib.
///
KİV: Tramp İsrailin Qəzza planını birbaşa dəstəkləməkdən çəkinir
ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağında HƏMAS-ın qalan mövqelərinə nəzarəti ələ keçirmək planlarını birbaşa dəstəkləməkdən çəkinir, lakin hərəkatın daha anklavda qala bilməyəcəyinə inanır.
Bununla bağlı mənbələrə istinadən Axios portalı məlumat yayıb.
Portal qeyd edir ki, bazar ertəsi qısa telefon müsahibəsi zamanı ABŞ lideri İsrailin bundan sonra nə edəcəyi ilə bağlı özü qərar verməli olduğunu, lakin onun fikrincə, HƏMAS-ın orada qala bilməyəcəyini deyib.
İsrailin baş naziri Benyamin Netanyahu isə bildirib ki, İsrail təhlükəsizlik perimetrini təmin etmək və daha sonra nəzarəti yeni mülki hökumətə ötürmək üçün bütün Qəzza zolağına nəzarəti təmin etmək niyyətindədir.
APA