Putin və Uitkoff Ukraynada nizamlanma və Rusiya-ABŞ əməkdaşlığını müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Ukraynada nizamlanma, həmçinin iki ölkə arasında strateji əməkdaşlığın mümkün inkişaf perspektivlərini müzakirə ediblər.


Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.


"Müzakirə olunan mövzulardan biri Ukrayna böhranıdır. İkinci isə ABŞ və Rusiya arasında strateji əməkdaşlığın mümkün inkişaf perspektivləridir", - o qeyd edib.


///


Kremldə Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşü başa çatıb.


Bu barədə Rusiya prezidentinin mətbuat xidməti məlumat yayıb.


Qeyd olunur ki, onların görüşü təxminən üç saat davam edib.




Report

Şərhlər
Dünya bölməsinin xəbərləri